Posts

Showing posts from February, 2018

Saat

Səssiz ev Eric yuxudan ay ıldı. Pəncərəyə baxdıqda hələ havanın qaranlıq olduğunu gördü. Qəribədir, bugün nədənsə tez oyanmışdı. Dərsi 9-da başladığından zəngli saatını adətən saat 8-ə qurardı. 15 dəqiqə ona hazırlanmaq və yemək yemək üçün kifayət idi. Saata nəzər saldı. Hələ əqrəblər 6-nı göstərirdi. Buna elə də fikir vermədi. Hamımız bəzən vaxtsız oyana bilirik.         Eric 17 yaşında, tünd sarıya çalan saçları və çilli üzü olan bir gənc idi. Otağının gənclərə məxsus bir havası vardı. Çox səliqəli sayılmazdı, lakin yerdə zibil yaxud ayağa ilişən başqa bir şey yox idi. Divarlar açıq mavi rəngli, yer isə parket idi. Otaqda yataq, şkaf, yazı masasından başqa əşya yox idi.         Oğlan tez oyanmasına baxmayaraq yerində qalmaq fikrində deyildi. Telefonu əlinə alaraq mesajlarını yoxladı. Bir neçə dəqiqədən sonra ayağa qalxıb geyindi. Saata bir daha nəzər saldıqda isə bir qəribəlik hiss etdi. Əqrəblər necə var idisə elə də qalıb saat düz 6-nı göstərirdi. Lakin artıq bir neçə