Posts

Showing posts from May, 2019

Random story #1

S əhər açılırdı. Vasiflə Günay onu özünə gətirməyə çalışırdılar. O soyuq tər içindəydi, heç özündə deyildi və nəsə sayıqlayırdı. Otağa pəncərədən düşən gün üzünə düşüb onu bir az da narahat edirdi. -       Təcili nəsə etməliyik ,Günay. -       Görəsən ona nolub? Elə bu zaman o nəsə mızıldanmağa başladı. Vasif qulağını onun ağzına tərəf apardı. “B500, B500... dərman... tapacaqlar.. dərman... məni tapacaqlar..” -       Ona nəsə dərman lazımdır, Günay. Mən ona dərman tapmağa gedirəm. Sən də su tap, üzünə vur, bəlkə kömək olar. -       Yaxşı, tez ol! Vasif tələsik otaqdan çıxdı. Binanın pilləkənlərindən enib küçəyə qaçdı. Yaxınlıqda gözünə dəyən ilk aptekə girdi və girən kimi nəfəssiz halda dedi: -       Kimsə var burda? Kömək lazımdır. İçərdən bir nəfər ağ xalatlı çox sakit görünən oğlan çıxdı. -       Buyrun, nə lazımdır? -       B500 adında dərman var? Bir nəfərin vəziyyəti yaxşı deyil. Sayıqlayır və elə bir dərman istəyir. Ona tez kömək etmək lazımdır. -