Random story #1


Səhər açılırdı. Vasiflə Günay onu özünə gətirməyə çalışırdılar. O soyuq tər içindəydi, heç özündə deyildi və nəsə sayıqlayırdı. Otağa pəncərədən düşən gün üzünə düşüb onu bir az da narahat edirdi.
-      Təcili nəsə etməliyik ,Günay.
-      Görəsən ona nolub?
Elə bu zaman o nəsə mızıldanmağa başladı. Vasif qulağını onun ağzına tərəf apardı.
“B500, B500... dərman... tapacaqlar.. dərman... məni tapacaqlar..”
-      Ona nəsə dərman lazımdır, Günay. Mən ona dərman tapmağa gedirəm. Sən də su tap, üzünə vur, bəlkə kömək olar.
-      Yaxşı, tez ol!
Vasif tələsik otaqdan çıxdı. Binanın pilləkənlərindən enib küçəyə qaçdı. Yaxınlıqda gözünə dəyən ilk aptekə girdi və girən kimi nəfəssiz halda dedi:
-      Kimsə var burda? Kömək lazımdır.
İçərdən bir nəfər ağ xalatlı çox sakit görünən oğlan çıxdı.
-      Buyrun, nə lazımdır?
-      B500 adında dərman var? Bir nəfərin vəziyyəti yaxşı deyil. Sayıqlayır və elə bir dərman istəyir. Ona tez kömək etmək lazımdır.
-      Elə bir dərman adı yoxdur təəssüf. Bəlkə sizə sakitləşdirici verim.
İçərdən bir də orta yaşlı qadın çıxdı. Burda gedən söhbəti eşidib sanki narahat olmuşdu. Oğlanla öz aralarında nəsə danışdılar və qadın dilləndi:
-      B500 dərman deyil amma dərmanların içində az miqdarda tapılan maddədir. Ayrıca tapa bilməzsiniz. Vəə bir də deyəsən onu narkotik kimi də istifadə edirlər. Çox ciddi fəsadları olsa da effekti tez keçir.
-      Necə yəni narkotik??
Vasif aptekin qapısını çırpıb tez binaya qaçdı. Pilləkənləri iki-iki tələsik çıxandan sonra otağın qapısını açanda az qala onu sındıracaqdı. Təəssüf ki, qorxduğu başına gəlmişdi. Otaqda nə Günay var idi. Nə də o. Vasif onun özünə gəlib Günaya nəsə edəcəyindən qorxduğundan az qala ağlını itirəcəkdi. İlk ağlına gələn Günaya zəng etmək oldu. Telefonu əlinə alanda bir az da dəhşətə düşdü çünki Günay 4 dəfə zəng vurmuşdu və Vasif heç birini eşitməmişdi. Günaya zəng etdi. Elə birinci çağırışda Günay telefonu açdı.
-      Vasif, onu xəstəxanaya aparmaq lazımdır. Tez maşının yanına gəl!
-      SƏN YAXŞISAN? Günay!
Xətt kəsildi. Vasif tələsik aşağı endi amma bu dəfə dayanacaq tərəfə açılan qapıdan çıxdı. Mənzərə heç ürəkaçan deyildi. O maşının yanında asfaltın üstünə sərilmişdi. Günay isə onun başını əlində saxlayırdı. Vasifi görən kimi qışqırdı:
-      Tez gəl! Tez gəl aparaq xəstəxanaya yoxsa ona nəsə olacaq!
Vasif qaçaraq gəlib maşının qapısını açdı. Birtəhər onu arxa tərəfdə oturacaqların üstünə uzatdılar. Günay da birtəhər onun başını əllərinə alıb oturdu. Vasif motoru işə salıb dayanacağın çıxışına tərəf sürdü. Artıq xəstənin ağzında ağ rəngli köpüklər əmələ gəlirdi. Yenə də sayıqlayırdı:
-      Yox... tapacaqlar.. B500.. qaç..
Vasif çıxışa yaxınlaşanda çox qəribə bir şey baş verdi. Qara rəngli minivan düz onların üstünə gəlirdi. Minivan gəlib düz onların yolunu kəsəcək formada dayandı. Arxa tərəfdəki qapıdan bir nəfər düşdü.

Comments

Popular posts from this blog

Saat